05.08.2021
-
Bölmə: Elanlar
Baxış sayı: 248
“Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda VI Elmi-Praktik Konfrans

Hörmətli doktorant/dissertant və müstəqil tədqiqatçılar!

Azərbaycan Turizm və Menecment Universiteti 19 noyabr 2021-ci il tarixində “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda VI Elmi-Praktik Konfransı keçirəcək.

Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə effektiv idarəetmənin inkişafı istiqamətində aparılan tədqiqat işləri çərçivəsində idarəetmənin mükəmməl modelinə nail olmaq, elmi tədqiqatların tətbiqi mexanizmini hazırlamaq, müxtəlif sahələrin idarə edilməsinin əsas mexanizmlərinin dövlətçiliyin inkişafına xidmət üsullarını müəyyənləşdirməkdir.

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

1. Dövlət siyasətində idarəetmənin yeri və rolu;

2. Beynəlxalq münasibətlərin idarə edilməsində milli dəyərlər;

3. Sosial və xidmət sahələrinin idarə edilməsi problemləri;

4. Kadrların idarə edilməsində yeniliklərin səmərəliliyinin qiymətləndirilməsinə yanaşmalar; səmərəlilik kriteriyası və göstəriciləri;

5. Təhsil və mədəniyyətin idarə edilməsi;

6. Korporativ idarəetmə və biznesin idarə edilməsi;

7. İdarəetmədə hüquq problemləri.

Konfransda çıxış etmək üçün məruzənin xülasəsi və müəllif haqqında aşağıda göstərilən məlumatlar daxil edilmiş ərizənin 2021-ci il 01 noyabr tarixinədək təşkilat komitəsinə göndərilməsi mütləqdir:

· Adı,soyadı,ata adı;

· Elmi dərəcəsi;

· İş yeri, vəzifəsi;

· Poçt ünvanı (iş və ev);

· Telefon, faks ( şəhər kodu göstərilməklə);

· Elektron ünvan;

· Məruzənin mövzusu;

· İstiqaməti;

· Texniki vasitələrdən istifadənin vacibliyi.

Təşkilat komitəsi təqdim edilən məruzələrin seçilib istiqamətlər üzrə qruplaşdıraraq proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proqrama daxil edilmiş məruzələrin redaktə olunması işini həyata keçirir. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilmir.

Konfransın işçi dili: azərbaycan, türk, ingilis və rus.

Məqalələrin tərtib olunma qaydaları:

Mətnin yığılması- A4 formatda, hər tərəfdən 2,5 sm, şrift 12 pt, interval 1, Times New Roman. Məqalələr Microsoft Word formatında yadda saxlanılmalıdır. Məqalələr 5 səhifədən az olmamaqla azərbaycan, türk ingilis və rus dillərində təqdim olunmalıdır. İstifadə edilən ədəbiyyatların siyahısı əlifba sırası ilə AAK-nın tələblərinə uyğun doldurulur. İstinadlar kvadrat mötərizədə ədəbiyyatın nömrəsi və səhifə göstərilməklə verilir [6,s.109].

Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menecment Universitetinin saytında yerləşdirilmişdir. (http:// www.atmu.edu.az)

Məqalə müraciət forması ilə birlikdə elektron şəkildə 02.08.2021-ci il tarixdən 01.11.2021-ci il tarixinədək konfrans2021@atmu.edu.az elektron ünvanına göndərilməlidir.

Əlaqə telefonu: (012) 564-42-33 (daxili:125)

Ünvan: Bakı, Koroğlu Rəhimov 822/23

Email: konfrans2021@atmu.edu.az