“Biznes idarəçiliyi” fakültəsi üzrə dekan
25.08.2021
-
Bölmə: Elanlar
Baxış sayı: 80
“Biznes idarəçiliyi” fakültəsi üzrə dekan

Azərbaycan Turizm və Menecment Universiteti “Biznes idarəçiliyi” fakültəsi üzrə dekan vəzifəsinə müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

1.CV

2. Ali təhsil, alimlik dərəcəsi (fəlsəfə doktoru, elmlər doktoru), elmi ad (dosent, professor) verilməsi haqqında diplomların surətləri

3. Şəxsiyyət vəsiqəsinin surəti

4. Fakültənin 5 illik perspektiv inkişaf planı

Müraciət üçün son tarix: 25 sentyabr 2021-ci il

Namizədlərdən tələb olunan sənədləri e-mailin mövzu hissəsində “Dekan” sözünü qeyd edərək hr@atmu.edu.az elektron ünvanına göndərmələri xahiş olunur.

Namizədlərin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 115) telefon nömrəsi və ya hr@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.