06.09.2021
-
Bölmə: Elanlar
Baxış sayı: 1262
Bakalavriatura pilləsinə sənəd qəbulu

2021/2022-ci tədris ilində Azərbaycan Turizm və Menecment Universitetinə bakalavr pilləsi üzrə qəbul olan tələbələrin nəzərinə!

Azərbaycan Turizm və Menecment Universitetinə 2021/2022-ci tədris ili üçün qəbul olunmuş tələbələr 2021-ci il sentyabrın 7-dən 19.09.2021-ci il, saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Qeyd: Qeydiyyat üçün tələbələrin AKTİV istifadə etdikləri elektron poçt ünvanının (e-mail) olması vacibdir! Həmçinin qeydiyyat zamanı portalda tələbələrin iş nömrəsi və parolu tələb olunur.

Tələbələr xüsusi karantin rejimi bitdikdən sonra göstərilən təhsil haqqında sənədlərin əslini və təhsil haqqından azad olma barədə sənədlərin notarial qaydada təsdiq olunmuş surətini dekanlığa təqdim etməlidirlər.

Tələbələrdən qeydiyyatdan keçərkən “QEYD” bölməsində orta təhsil müddətində keçdikləri XARİCİ DİL-i qeyd etmələri xahiş olunur.

PORTALDA QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

  • Attestatın və ya orta təhsil haqqında sənədin surəti;
  • İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün);
  • Şəxsiyyəti təsdiq edən vəsiqənin surəti;
  • Ağ fonda 3x4 ölçüdə fotoşəkil;
  • Sağlamlıq haqqında arayışın surəti;
  • Ödənişli əsaslarla qəbul olunan tələbələr üçün ödəniş qəbzinin əslinin surəti;
  • Aşağıdakı kateqoriyalardan hər hansı birinə aid olan Təhsil haqqından azad olunan tələbələrin müvafiq sənədləri:

TƏHSİL HAQQINDAN AZAD OLUNAN TƏLƏBƏLƏRDƏN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş və notarial qaydada təsdiq olunmuş məcburi köçkün vəsiqəsinin surəti;

“Şəhid adının əbədiləşdirilməsi haqqında” qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri, yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;

2. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti

Qeyd: 18 yaşı tamam olan tələbələr şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

2. Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyininTibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır).

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)

18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq

1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

2. Vəfat etmiş valideyinin ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti.

Qeyd: Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir. Bu hal uşağın 18 yaşı tamam olanadək baş verməlidir. Əlillik arayışları müddətsiz deyilsə, göstərilən müddətə azad olunur.

2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar:

1. Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır.).