14.09.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 754
ATMU və Bank Respublika faydalı əməkdaşlıqda maraqlıdır

13 sentyabr 2021-ci il tarixində Bank Respublikanın uyğun sturuktur rəhbərləri-İnsan Resursları Departamentinin rəhbəri Ayan Buniyat-zadə və Təlim və inkişaf şöbəsinin müdiri Jalə Nəcəfova Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.

Adıçəkilən bankın səlahiyyətli nümayəndələri ilə görüşdə ali təhsil müəssisəsi olaraq ATMU-da beynəlxalq təhsil sisteminə, universitet-sənaye əməkdaşlığına xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Tələbə kontingentində öyrənmə mədəniyyətinin inkişaf etdirilməsi ilə bərabər, rəqabətədavamlı əmək bazarının tələblərinə cavab verən səriştəlilik amilinin əhəmiyyətli olduğu bildirilib.

Ayan Buniyat-zadə universitet nümayəndələrini Bank Respublikanın fəaliyyəti, həyata keçirilən layihələr, xidmətlər haqqında məlumatlandırıb.

Görüşün sonunda ATMU və Bank Respublika arasında həyata keçiriləcək əməkdaşlıq əlaqələri çərçivəsində tələbə və məzunlar üçün təcrübə və iş imkanları, ustad dərsləri, təlimlərin təşkili və s. əsas istiqamətlər üzrə razılıq əldə olunub.

Azərbaycan Turizm və Menecment Universitetində baş tutan görüşdə universitetin Menecment kafedrasının müdiri Arzu Hüseyn, İqtisadiyyat kafedrasının müdiri Vüqar Nəzərov, Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Fərid Cabbarlı və Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova iştirak ediblər.