SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
20.10.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 620
ATMU professorunun kitabı beynəlxalq qurum tərəfindən 7 dilə tərcümə edilərək yayımlanıb

Azərbaycan Turizm və Menecment Universiteti “İctimai fənlər” kаfеdrаsının professoru, t.ü.e.d. Məhərrəm Zülfüqarlının “ XIII-XIV əsrlər tarixinə yeni baxış” kitabı beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olub. Universitetin Elmi Şurasının 28 noyabr 2018-ci il tarixli iclasının ( Protokol №3 ) qərarı ilə nəşr olunmuş bu kitab rus, ingilis, alman, fransız, italyan, ispan, portuaql dilinə tərcümə edilərək nəşr olunub. Kitabın tərcümə və yayımını 2021-ci ildə LAP LAMBERT Academic Publishing (ISBN 978-620-3-92791-7) beynəlxalq nəşriyyatı həyata keçirib. Kitab “ Tatar-monqolların Azərbaycan tarixindəki rolu” adı ilə 7 dillə təcrümə olunub.

Nəşriyyatdan müəllifin adına göndərilən məktubda deyilir:

“Salam Zülfüqarlı Məhərrəm Paşa oğlu

Təcrümə sahəsində mükafat almış Alman kampaniyası ilə əməkdaşlıq nəticəsində biz digər dillərə təcümə etməklə sizin kitabın auditoriyasının genişləndirilməsi ilə bağlı böyük addım atdıq. Hazırda Latın Amerikası. Avropa, Rusiya və digər ölkələrdə insanlar sizin kitabı öz dillərində oxumaq imkanına malikdirlər.”

Xatırladaq ki, M.P.Zülfüqarlının digər 1941-1945-ci illərdə Bakı hava hücumundan müdafiə qoşunlarının komandanı olmuş, general-mayor Məmmədbağır Hadi oğlu Bağırovun fəaliyyətindən bəhs edən “Generalı sirli taleyi”kitabı bu il, Aziz- İsrail-Azərbaycan beynəlxalq assosiasiyası tərəfindən İsraildə nəşr olunub.