SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
21.10.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 425
“Azərbaycan rektorlar konfransının yaradılması” (ECAR) layihəsinin monitorinqi keçirilib

Bakı Ali Neft Məktəbində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+KA proqramı çərçivəsində “Azərbaycan rektorlar konfransının yaradılması” (ECAR) layihəsinin monitorinqi olub. Azərbaycandakı tərəfdaş universitetlərin layihə menecerlərinin iştirakı ilə keçirilən tədbirə Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin Proqram direktoru (ikili diplom üzrə) Elmira Hacıyeva da qatılıb. ATMU-nun əməkdaşı bildirib ki, monitorinq Azərbaycan Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırovun rəhbərliyi ilə keçirilib. Layihənin koordinatoru Bakı Biznes Universitetinin nümayəndəsi Gülşən Bayramova “Azərbaycan rektorlar konfransının yaradılması” layihə üzrə görülən işlər barədə məlumat verib.

Adıkeçən tədbirdə tərəfdaş universitetləri təmsil edən məsul şəxslər layihənin icrası prosesində qarşıya çıxan çətinliklər və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.