"İqtisadiyyat" kafedrası üzrə müdir
02.10.2021
-
Bölmə: Elanlar
Baxış sayı: 89
"İqtisadiyyat" kafedrası üzrə müdir

Azərbaycan Turizm və Menecment Universiteti “İqtisadiyyat” kafedrası üzrə müdir vəzifəsinə müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

1.CV

2. Ali təhsil, alimlik dərəcəsi (fəlsəfə doktoru, elmlər doktoru), elmi ad (dosent, professor) verilməsi haqqında diplomların surətləri

3. Şəxsiyyət vəsiqəsinin surəti

4. Kafedra müdirinin müvafiq kafedranın inkişafı ilə bağlı platforması

Müraciət üçün son tarix: 02 noyabr 2021-ci il

Namizədlərdən tələb olunan sənədləri e-mailin mövzu hissəsində “Kafedra müdiri” sözünü qeyd edərək hr@atmu.edu.az elektron ünvanına göndərmələri xahiş olunur.

Namizədlərin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 115) telefon nömrəsi və ya hr@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.