22.10.2021
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 58
Türkiyənin Anadolu Universitetində mübadilə proqramı

ATMU əməkdaşlarının nəzərinə!

Erasmus+proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində olacaq "Heyət Hərəkətlilik Çağırışına" ATMU heyətinin qeyd olunan müvafiq fakültələrinin əməkdaşları müraciət edə bilər.

-  Biznes idarəçiliyi

-  Turizm və Qonaqpərvərlik

İndiki mərhələdə tələb edilən sənədlər:

- CV (İngilis dilində)

- Səfər məqsədinin planı

- İngilis dili sertifikatı (qeyri-məcburi)

Tələb olunan sənədlər international@atmu.edu.az  e-mail ünvanına göndərilməlidir.

Hərəkətlilik zamanı ümumi məqsədlər:

- Pedoqoji və kurikulumun dizaynı bacarıqlarının inkişaf etdirilməsi

- Müasirləşmə və beynəlmiləlləşmə strategiyalarının tətbiqi

Qeyd: Mübadilə proqramına 1 nəfər seçiləcək. Mübadilə proqramı 1 həftəni əhatə edəcək. Üstünlük əsasən qeyd olunan fakültələrdə çalışan inzibati heyətə veriləcək.

Son müraciət tarixi: 10 noyabr, 2021-ci il (Beynəlxalq əlaqələr şöbəsi)

Əməkdaşların hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 122) telefon nömrəsi və ya international@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.