Peşəkar inkişaf: Karyerada ilkin səriştələr
22.10.2021
-
Bölmə: Elanlar
Baxış sayı: 61
Peşəkar inkişaf: Karyerada ilkin səriştələr

Hörmətli tələbələr,

Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən tələbələrinin peşəkar inkişafı üçün müxtəlif mövzular üzrə təlimlər keçiriləcək. Təlim proqramına qoşulmaqla “Peşəkar CV-nin hazırlanması”, “Korporativ e-maildən istifadə qaydaları” və “Motivasiya məktubu necə yazılmalıdır” mövzuları ilə bağlı vacib və faydalı məlumatlar əldə edəcək, praktiki əhəmiyyətli biliklər qazanacaqsınız.

Təlim günləri: 26-28 oktyabr, 2021

Qeydiyyat hiperkeçidi: https://rb.gy/7e7ejx

Qeydiyyatdan keçən tələbələrə təlim proqramının gündəliyi göndəriləcək.

Qeyd: Təlimlər onlayn şəkildə Zoom proqramı vasitəsilə keçiriləcək.
Hər hansı sualınız olarsa, v.bakirova@atmu.edu.az e-mail ünvanına müraciət edə bilərsiniz.