
Bakı Biznes Univertsitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti tədbiri keçirilib. Tədbirdə layihənin universitetlər arasında əməkdaşlığın gücləndirilməsindən, tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunmasından, qarşılıqlı əlaqələrin dinamik şəkildə qurulmasından, həmçinin Azərbaycan ali təhsil məkanının inkişafına töhfələr verəcəyindən söhbət açılıb. Mykolas Romeris Universitetinin nümayəndəsi Inga Juknyte-Petreikiene çıxışı zamanı. eyni zamanda Azərbaycan ali təhsil məkanında maraqlı tərəflər arasında şəbəkələşmə, əməkdaşlıq və kommunikasiya məsələlərinə həsr edilmiş sorğuların nəticələrini statistik göstəricilərlə nümayiş etdirib. Mykolas Romeris Universitetinin prorektoru Prof. Regina Valutyte və layihə koordinatoru Gülşən Bayramova isə Azərbaycanda Rektorlar Konfransının yaradılmasının qanunvericilik bazasını şərtləndirən məruzələrində yerli və beynəlxalq səviyyədə aparılmış təhlillərin nəticələri, Konfransın səmərəli fəaliyyəti üçün müvafiq hüquqi tənzimləmənin və ən uyğun idarəetmə modellərinin müəyyən edilməsi məsələlərinə aydınlıq gətiriblər.
Bakı Ali Neft Məktəbində təşkil olunan görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov və layihənin xarici tərəfdaşları qismində Polşa Rektorlar Konfransının, Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Belçikanın EFMD Beynelxalq bizness universitetlər birliyinin məsul nümayəndələri ,Azərbaycanın 19 Universitetinin rektorları və prorektorları olub.
“Azərbaycan Rektorlar Konfransının yaradılması”layihəsi üzrə keçirilən növbəti görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru cənab İlham Mədətov da iştirak edib.