SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
22.11.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 72
ATMU-da “Qadınlara qarşı gender əsaslı zorakılıq” mövzusunda təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı, Loqos psixoloji və nitq inkişaf mərkəzinin dəstəyi ilə “Qadınlara qarşı gender əsaslı zorakılıq” mövzusunda təlim keçirildi.

Təlim-Tədris Mərkəzinin rəhbəri Günel Axundova “Qadınlara qarşı gender əsaslı zorakılıq” adlı məruzəsində mövzunun aktuallığını xüsusi vurğuladı. Müxtəlif səbəblərdən qaynaqlanan mənfi təsirli məsələnin həll yollarını diqqətə çatdırdı. Gündəmdəki mövzunu psixoloji faktorlar çərçivəsində detallı şərh edən G.Axundova tələbələrin çoxsaylı suallarını cavablandırdı.

Təlimdə ATMU-nun “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Vasif Muradzadə diqqətçəkən mövzunun aktuallığını, cinsindən asılı olmayaraq hər bir vətəndaşın bu istiqamətdə düşüncələrin erkən yaşlarda formalaşdırılmasının zəruriliyini dedi.

Təlim, Loqos psixoloji və nitq inkişaf mərkəzinin Təlim-Tədris Mərkəzinin rəhbəri Günel Axundova, Təlim-Tədris Mərkəzinin mütəxəssisi Rəna Quliyeva, psixoloq Vüsalə Hüseynova tərəfindən keçirildi.

Təlimin sonunda ATMU və Loqos psixoloji və nitq inkişaf mərkəzi arasında davam edən əməkdaşlıq əlaqələri çərçivəsində təcrübə və iş imkanları, ustad dərsləri, təlimlərin təşkili və s. tədbirlərin tələbə və məzunlar üçün faydalı olacağı qeyd edildi.

“Qadınlara qarşı gender əsaslı zorakılıq” mövzusuna həsr olunan təlimdə ATMU-nun Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarova, “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi Vasif Muradzadə və Sosial menecment fakültəsinin I və II kurs tələbələri iştirak ediblər.