22.11.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 638
ATMU-da “Pərakəndə və korporativ bank məhsulları və xidmətləri” mövzusunda təlim keçirilib

ATMU-da Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “Bank Respublika”nın məsul şəxsləri tərəfindən “Pərakəndə və korporativ bank məhsulları və xidmətləri” mövzusunda növbəti təlim keçirilib. Ustad dərsində adıkeçən qurumun struktur rəhbərləri- Korporativ müştərilərlə iş şöbəsinin müdiri Arzu Əsgərova və Pərakəndə satışlar departamentinin “Satışlara dəstək şöbəsi”nin meneceri Alidə Əliyeva “Bank Respublika”nın fəaliyyəti, həyata keçirilən layihələr, bank məhsulları və xidmət səviyyəsini şərtləndirən detallara aydınlıq gətiriblər.

Korporativ bank məhsulları və xidmətlərin əhəmiyyətindən danışan A.Əsgərova işəqəbul prosesindəki yeniliklərin daim diqqətdə saxlanılmasını tövsiyyə etdi.

Təlimin sonunda məsul struktur rəhbərləri ATMU və Bank Respublika arasında bağlanan əməkdaşlıq əlaqələri çərçivəsində təcrübə və iş imkanları, ustad dərsləri, təlimlərin təşkili və s.bu kimi məsələlərin davamlı təşkilinin həm tələbələr, həm də məzunlar üçün faydalı olacağını bildirdilər.

“Pərakəndə və korporativ bank məhsulları və xidmətləri” mövzusuna həsr olunan növbəti təlimə ATMU-nun Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarova və “Biznes idarəçiliyi” fakültəsinin IV kurs tələbələri qatılıblar.