22.11.2021
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 40
Tələbələr üçün türk dili kursu

ATMU-nun “Turizm işinin təşkili” və “Sosial iş” ixtisasları üzrə təhsil alan I kurs bakalavr tələbələrinin nəzərinə!

Tezliklə Türkiyə Respublikasının tərəfdaş universitetləri ilə həyata keçiriləcək yeni İkili Diplom layihələri çərçivəsində mövcud olacaq əməkdaşlıq layihələrinin məzmununa əsasən proqramlara müraciət edəcək tələbələrdən türk dili üzrə rəsmi dil biliyini göstərən dil sertifikatı tələb ediləcəkdir.

Proqamlara müraciət edəcək ATMU tələbələrinə bu istiqamətdə dəstək məqsədi ilə Türkiyə Respublikasının Yunus Emre İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır, adıkeçən təşkilat Türkiyə Respublikası tərəfindən mövcud olduğu xarici ölkələrdə türk dili üzrə rəsmi sertifikat vermək səlahiyyətinə malik olan yeganə dövlət qurumudur. Türk dili üzrə imtahanlar Yunus Emre İnstitutu tərəfindən hər il 3 dəfə - sentyabr, yanvar və may aylarında təşkil edilir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq ATMU-nun dəstəyi ilə türk dili üzrə təşkil olunacaq dərslərdə iştirak etmək istəyən tələbələrdən (yuxarıda göstərilən ixtisaslar üzrə) ad və soyadlarını, təhsil aldıqları qrupun nömrəsini bildirmək şərti ilə o.musa@atmu.edu.az email ünvanına göndərmələri xahiş edilir.  

Qeyd: Dərslərdə iştirak üçün heç bir ödəniş tələb edilmir.

Rəsmi dil sertifikatı üçün təşkil ediləcək imtahanlarda iştirak isə ödənişli olacaqdır.

Əlavə məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə müraciət etməyiniz xahiş olunur.