Azərbaycan Turizm və Menecment Universitetində “Karyera həftəsi” çərçivəsində 07.12.2021 tarixində Saffron Restoranlar Qrupunun İnsan resursları üzrə layihə meneceri Səadət İsmayılova, Marketinq üzrə menecer Aysel Cəbrayılova və İnsan resursları üzrə mütəxəssis Solmaz Hüseynova Universitetin tələbələrinə təlim keçdilər.
Təlimdə Səadət İsmayılova onlara şirkət haqqında ümumi məlumat verərək, həyata keçirilən layihələr, xidmətlər, şirkətə daxil olan restoranlardan söz açdı. Həmçinin tələbələr Saffron restoranlar qrupunda ATMU üçün mövcud olan təcrübə və iş imkanları, könüllülük fəaliyyəti barədə məlumatlandırıldı.
Aktiv sual-cavab şəklində davam edən təlimin gedişatında Səadət xanım tələbələrin mövzu üzrə suallarını ətraflı cavablandıraraq dəyərli məsləhətlərini onlarla bölüşdü. Sonda müəssisədə işləmək arzusunda olan tələbələrin müraciət etməli olduqları ünvanlar onlara təqdim olundu.
Qeyd edilməlidir ki, “Karyera həftəsi” 06-10.12.2021-ci il tarixləri müddətində Karyera və Kommunikasiya şöbəsi tərəfindən təşkil olunur.