SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
09.12.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 527
ATMU-da “Birjada qiymətin düşməsindən necə qazanmaq olar” adlı təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes idarəçiliyi fakültəsinin təşkilatçılığı və “İnvest-AZ” şirkətinin dəstəyi ilə “Birjada qiymətin düşməsindən necə qazanmaq?” adlı təlim keçirilib. Adıkeçən fakültənin dekanı dosent Vüqar Nəzərov mövzuya dair qısa məlumatdan sonra tələbələri təlimdə fəal iştiraka çağırıb. “İnvest-Az” şirkətinin tədris üzrə meneceri, təlimçi Rövşən Məmmədov günün aktual mövzusunu şərtləndirən başlıca detallara aydınlıq gətirib. İştirakçı tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Rövşən Məmmədov təlimin sonunda görüşün təşkilindən və tələbələrin fəallığından məmnun qaldığını bildirib.