SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
10.12.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 635
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub

Dekabrın 10-da ATMU-da xalqımızın ümummilli lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Tədbirdə ATMU-nun rektoru İlham Mədətov, universitetin professor-müəllim və inzibati heyəti, həmçinin tələbələri iştirak edib.

Ümummilli liderə həsr olunan anım mərasimində bir dəqiqəlik sükut və sayğı duruşundan sonra rektor İlham Mədətov Ulu öndər Heydər Əliyevin müdrik siyasətindən, tarixi uzaqgörənliyindən, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətlərindən bəhs edib. Ümummilli liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan danışan rektor İ.Mədətov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Onlayn formatda təşkil olunan anım mərasimində ATMU-nun professoru Məhərrəm Zülfüqarlı gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi və idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsini ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirib. Hər bir gəncin gələcək inkişafında təhsilin önəmli olduğunu diqqətə çatdırıb.Ulu öndərin çoxtərəfli fəaliyyətini mərhələ-mərhələ detallı isbatlayan M.Zülfüqarlı ”Heydər Əliyevin fəaliyyəti milli dövlətçilik ənənənələrini qorudu və onun həyata keçirdiyi Azərbaycançılıq ideologiyası ölkəmizin inkişafına təkan verdi”dedi.

Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov isə çıxışında Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən danışıb. Ali Baş Komandanın rəhbərliyi,Müzəffər ordumuzun böyük şücaəti sayəsində Qarabağın düşmən işğalından azad olmasını dünya miqyasında Azərbaycan turizminin əhəmiyyət mövqe formuluna inamını ifadə edib.

Ulu öndərin gənclərə və tələbələrə xüsusi qayğısını minnətdarlıqla anan ATMU tələbələri öz çıxışlarında qeyd ediblər ki, hər zaman vətənin layiqlı övladları kimi fəaliyyət göstərməkdə qərarlıdırlar.