SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
10.12.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 563
ATMU-da ”Maliyyə savadlılığı”layihəsi çərçivəsində təlimlər başa çatıb

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Biznes idarəçiliyi” fakültəsinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Bank Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisəsində “Maliyyə savadlılığı” layihəsi çərçivəsində təşkil olunan təlimlər başa çatıb. “Maliyyə savadlılığı nədir?” , “Mərkəzi Bankın Maliyyə savadlılığı portalı və elektron resurslar”, “Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri”, “Asan kredit”, “İpoteka”, “Zaminlik”, “Neyromarketinq”, “İstehlak büdcəsi”, “Əmanətlərin sığortalanması” mövzusunda maarifləndirici təlimlər Mərkəzi Bankın əməkdaşları Vüsal Həsənov, Fərəh Əliyeva, Ülfət Yusifov, Pərvin Qəhrəmanova, Lamiyə Qaralova, Azərbaycan Bank Tədris Mərkəzinin əməkdaşları Rauf Ağayev, Ruqiyyə Hacızadə və 21 saylı Vəkillər Kollegiyasının vəkili Pərviz Hüseynov tərəfindən aparılıb. Maarifləndirici təlimlərin sonuncu günü “Biznes idarəçiliyi” fakültəsinin fəal tələbələrinə Mərkəzi Bankın “İstehlakçılarla iş” departamenti tərəfindən xüsusi sertifikatlar və xatirə hədiyyələr təqdim olunub.

Biznes idarəçiliyi” fakültəsinin dekanı dosent Vüqar Nəzərov təlimin səviyyəli təşkilinə görə Mərkəzi Bankın “İstehlakçılarla iş”departamentinin “Maliyyə savadlılığı” şöbəsinin rəisi Xumar Hüseynovaya təşəkkürünü bildirib. Təlimin sonunda xatirə şəkli çəkilib.