13.12.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 679
ATMU-da “Ümumdünya QİÇS-lə Mübarizə günü” ilə əlaqədar maarifləndirmə tədbiri təşkil olunub

Azərbaycan Turizm və Menecment Universitetində Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə (RQMM) “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” və Ümumdünya QİÇS-lə Mübarizə günü ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib Tədbirin keçirilməsində məqsəd İnsan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq, tələbələri sağlam həyat tərzi barədə məlumatlandırmaq idi.

Universitetdə təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-lə bağlı təşkil olunan mühazirə saatında xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. Tələbələrdən ötrü pulsuz və anonim qaydada könüllü olaraq İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.

Tədbir çərçivəsində tələbələrə İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.

Təhsil ocağında münasib yerdə quraşdırılan informasiya guşəsində də müəllim və tələbələr həkimlərin təcrübəsindən yararlanırdı. Onlara İİV /QİÇS-ə aid broşurlar, bukletlər paylanır, xəbərdaredici məlumatlar verilirdi. Mütəxəssislər müraciət edənlərin suallarını yeni növ koronavirus (COVID-19) pandemiyasının tələbinə uyğun - sosial məsafə saxlamaqla cavablandırırdılar.