16.12.2021
Menecment kafedrası
Bölmə: Elanlar
Baxış sayı: 104
“RƏQƏMSAL TRANSFORMASİYA SAHƏSİNDƏ İDARƏETMƏ PROBLEMLƏRİ VƏ PERSPEKTİVLƏR”

Azərbaycan Turizm və Menecment Universitetinin Menecment kafedrası 22.12.2021-ci il tarixində “RƏQƏMSAL TRANSFORMASİYA SAHƏSİNDƏ İDARƏETMƏ PROBLEMLƏRİ VƏ PERSPEKTİVLƏR” mövzusunda dəyirmi masa keçirəcəkdir. Tədbirdə Universitetin professor müəllim heyətinin, sənaye əməkdaşlarının, doktorant və dissertantların, həmçinin magistrantların iştirakı nəzərdə tutulur.

Dəyirmi masada rəqəmsal ödənişlərin ölkə iqtisadiyyatına təsiri, rəqəmsal dövrdə dövlət xidmətləri çağırışlar və nailiyyətlər, rəqəmsallaşma istiqamətində ABB Innovasiya Mərkəzinin fəaliyyəti və rəqəmsallaşmanın biznesdə praktiki tətbiqi, rəqəmsal özünüməşğulluq imkanları ilə bağlı birgə müzakirələr aparılacaqdır.

Tədbir Teams platforması üzərindən onlayn keçiriləcəkdir. 

https://bit.ly/3pbjpRh