SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
15.02.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 341
“Elmi-tədqiqat təcrübəsinin keçirilməsi qaydaları” mövzusunda təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm biznesi” kafedrasının təşkilatçılığı ilə universitetdə “Elmi tədqiqat təcrübəsinin təşkili qaydaları”mövzusunda onlayn təlim olub. II kurs magistrantları üçün planlaşdırılan tədbirdə “Turizm biznesi” kafedrasının müdiri dosent Hafiz Hüseynov magistr hazırlığında elmi-tədqiqat, eyni zamanda elmi-pedaqoji təcrübənin səmərəli olduğunu diqqətə çatdırıb. Kadr potensialının gücləndirilməsi, elmi biliklərin və peşə vərdişlərinin mənimsənilməsi və inkişafında təlim -görüşlərin vacibliyinə aydınlıq gətirib. “Magistr dissertasiya işlərinin dil və üslub problemləri”, “Magistrlik dissertasiyasının tərtibi qaydaları” mövzusunda keçirilən təlimlərin faydalı olduğunu deyib.

ATMU-nun Tədris-metodiki şöbənin koordinatoru, həmçinin “Turizm biznesi” kafedrasının müəllimi Fikriyyə Məmmədova“Elmi-tədqiqat təcrübəsinin keçirilməsi qaydaları”na dair çıxışında elmi-tədqiqat təcrübəsinin mahiyyəti, təşkili, elmi rəhbər, o cümlədən magistrantın təcrübə dövründəki başlıca vəzifələrindən danışıb. Elmi-tədqiqat təcrübəsinə dair kitabçaların və sənədlərin doldurulması qaydalarına, təcrübənin sonunda keçiriləcək yekun attestasiyanın mahiyyətinə aydınlıq gətirib.

Onlayn tədbirin sonunda magistrantların sualları təlimçi və kafedra müdiri tərəfindən cavablandırılıb.

Belə təlimlərin davamlı təşkilinin faydalılığını nəzərə alaraq “Elmi-pedaqoji təcrübənin keçirilməsi qaydaları” mövzusunda növbəti təlimin təşkili planlaşdırılıb.