ATMU-da 02.02.2022 tarixində universitetimizin tələbə və məzunları üçün “Karyera və kommunikasiya” şöbəsinin təşkilatçılığı ilə “Career Advisor Zone” adlı layihənin ilk təlimi baş tutdu. Layihənin əsas məqsədi tələbələri işəgötürənlərlə birbaşa əlaqələndirmək, onların karyera imkanlarını dəstəkləmək və karyera strategiyaları ilə bağlı dəyərli məsləhətlər və təcrübələr verməkdir. "Career Advisor Zone" layihəsi çərçivəsində ilk görüş Four Seasons Hotels and Resorts-un İnsan resursları departamentinin direktoru İdil Tumoz Eratayla reallaşdı. Tələbələrin böyük maraqla qarşıladığı təlimdə İdil xanım tələbələrə uğurlu karyeranı qurmağın sirləri və karyera strategiyaları mövzusunda dəyərli məsləhətlər verərək, uğurla karyeranı qurmağın yollarını və öz karyerası ilə bağlı maraqlı məqamları detallı şəkildə onlarla böluşdü. Təlimin sonunda tələbələri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı şəkildə cavablandırılıb. Layihənin mart-aprel ayları çərçivəsində silsilə təlimlər şəklində davam etdirilməsi nəzərdə tutulub.