Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə 01 aprel 2022 – ci il tarixində Excelsior otelində “Azərbaycan – Avstriya beynəlxalq turizm proqramı: 15 illik uğur, ATMU və IMC Krems Qlobal təhsil tərəfdaşlığı” adlı beynəlxalq tədbir təşkil edilmişdir. Adıkeçən beynəlxalq tədbirin təşkil edilməsində əsas məqsəd dövlətimizin birbaşa qayğısı və dəstəyi ilə qurulmuş Azərbaycan Turizm və Menecment Universitetinin keçən 15 il ərzində turizm sektorunu peşəkar kadrlarla təmin etmək sahəsində uğurlar əldə etmiş və Avstriya Respublikasının İMC Krems Tətbiqi Elmlər Universiteti ilə 2007 – ci ildən başlayaraq ölkə təhsil tarixində ilk dəfə olaraq ali təhsilin bakalavr pilləsi üzrə,ümumi 6 akademik tədris semestrdən ibarət olmaqla bütünlüklə ingilis dilində Azərbaycan – Avstriya turizm proqramı üzrə Turizm və asudə vaxt menecmenti adlı beynəlxalq turizm proqramının uğurları haqqında ölkəmizin təhsil sektorunu məlumatdırmaq olmuşdur. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələrinin rektorları, nümayəndələri, Dövlət Turizm Agentliyinin rəsmiləri və müxtəlif yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir. Görüşdə ilk olaraq ATMU rektoru İlham Mədətov çıxış edərək məlum beynəlxalq proqram haqqında məlumat vermiş, eləcədə proqramın əsas uğurları, yeni hədəfləri haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır. Daha sonra Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov çıxış edərək turizm sənayesinin ixtisaslı kadr potensiyalı ilə təmin edilməsində belə önəmli beynəlxalq təhsil layihələrinin önəmi haqqında fikirlərini çatdırdı. İMC Krems Tətbiqi Elmlər Universitetinin içracı direktoru Karl Ennsfellner çıxış edərək proqramın onlar cəhətdən əsas prioritetləri və inkişaf tarixi haqqında tədbir iştirakçılarına qısa məlumat vermişdir. Tədbir zamanı hazırda proqram çərçivəsində təhsil alan tələbələr eləcədə məzun tələbələr çıxış edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür. Bununla yanaşı olaraq tədbir zamanı təşkil edilmiş video çarxlar vasitəsi ilə proqramın keçdiyi qısa yol, inkişaf tarixi və uğurları tədbir iştirakçılarına təqdim edilmişdir.