SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
04.05.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 367
ATMU-nun müəllimi "Tərəqqi" medalına layiq görülüb

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxs orden və medallarla təltif olunub. Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim, inzibati heyət və tələbələri adından Universitetin Turizm biznesi kafedrasının müəllimi Ruslan Quliyevi “Tərəqqi” medalına layiq görülməsi münasibətilə təbrik edir, sahibkarlıq, eyni zamanda müəllim kimi səmərəli fəaliyyətində uğurlar arzulayırıq.

“Turizm biznesi” kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə kafedra müdiri Hafiz Hüseynov, baş müəllim Əlixan Mürvətov və Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Emin Quliyev “Tərəqqi” medallı Ruslan Quliyevin sahibkarlıq və müəllim kimi peşəkar fəaliyyətindən danışıblar.

Tədbirin sonunda R.Quliyev Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirib.

R.Quliyev bir neçə dəfə “Fəxri Turizm İşçisi” döş nişanının,o cümlədən “İlin ən yaxşı tur operator”u və “Turizmdə təhsilin inkişafına verdiyi töhfəyə görə” mükafatın sahibi olub. “İlin turizm adamı” The First beynəlxalq mükafatçısıdır.