05.05.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 505
ATMU-da “Maliyyə savadlılığı” çərçivəsində maarifləndirici təlimlər başa çatıb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsinin Biznes idarəçiliyi fakültəsi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Bank Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində növbəti maarifləndirici təlimlərə yekun vurulub. Təlim zamanı Azərbaycan Mərkəzi Bankın Maliyyə Savadlılığı şöbəsinin əməkdaşı Lamiyə Qaralova “Mərkəzi Bankın elektron resursları”, şöbənin aparıcı mütəxəssisi Pərvin Qəhrəmanova “Neyromarketinq”, Vəkillər Kollegiyasının üzvü Pərviz Hüseynov “Əmanətlərin sığortalanması”, ABTM-nin ekspertləri Ruqiyyə Hacızadə “Zaminlik”, Rauf Ağayev “Alım ya qalım”, Pərviz Quliyev “Vətəndaşlar üçün sığorta” adlı mövzulara mütəxəssis mövqeyindən aydınlıq gətiriblər. Silsilə təlimlərin sonunda Universitetin Biznes idarəçiliyi fakültəsinin iştirakçı tələbələrinə Mərkəzi Bankın müvafiq şöbəsi tərəfindən sertifikatlar təqdim edilib.