
Hörmətli tələbələr!
Sizləri Universitetin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi «Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində növbəti baş tutacaq təlimə dəvət edirik. "Müvəkkil Hüquq Mərkəzi"nin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov sizlərlə “Tələbə və hüquqları” mövzusunda dəyərli məsləhətlərini bölüşəcək. Müvafiq mövzu ilə bağlı suallarınızı təlimçiyə yönləndirə bilərsiniz.
Qeyd: Girişdə 3 dozanı əks etdirən Covid pasportunu (və ya immunitet sertifikatı) təqdim etmək mütləqdir!
Tarix: 20 May
Saat: 11:00-12:30
Təlimin baş tutacağı məkan: ATMU-nun əsas tədris binası otaq 205