23.05.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 510
ATMU-da “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 20.05.2022-ci il tarixində «Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində növbəti təlim təşkil olunub. Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən təlimin gündəliyinə ali təhsili başa vuran, lakin iş tapmaqda çətinlik çəkən məzunlar üçün təcrübə keçmə imkanlarının təşkili, ictimai fəallıqlarının artırılması, sosial fəaliyyətlərinin inkişaf etdirilməsi, savadlı, bacarıqlı gənclərin üzə çıxarılması və s. daxil idi. Tədbir zamanı təlimçilər “tələbə və hüquqları” və “tələbə xidmət” mövzusuna aydınlıq gətirməklə bərabər, tələbələrin çoxsaylı suallarını da cavablandırıblar.

ATMU tələbələri tərəfindən maraqla qarşılanan təlimin moderatorları Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) vitse-prezidenti Günel Gözəlova, "Müvəkkil Hüquq Mərkəzi"nin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov və BAMF-un Bakı Universitetləri üzrə tələbə koordinatoru, Proqram departamentinin əməkdaşı Con Ayomide olub.

ATMU-da “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində keçirilən təlim Universitetin Karyera və kommunikasiya şöbəsi tərəfindən təşkil olunub.