Mayın 26-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi şuranın iclası keçirilib. ATMU-nun rektoru İlham Mədətov iclasın gündəliyinə ATMU-da 2021-2022-ci tədris ilinin Yay imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında,Karyera və kommunikasiya şöbəsinin 2021-2022-ci tədris ili üçün fəaliyyəti haqqında hesabat,Sosial menecment fakültəsinin 2021-2022-ci tədris ili üçün iş planının icra vəziyyəti haqqında,cari məsələlərdən isə ATMU-da 2022-2023-cü tədris yüklərinin təsdiqi və ATMU-da “Məzun -2022”adlı tədbirə hazırlığın vəziyyəti haqqında məruzə və hesabatların daxil edildyini diqqətə çatdırdı. Daha sonra qeyd olundu ki,gündəlikdəki məsələlərlə bağlı Tədris işləri üzrə prorektor,professor Zaur Bağırov,Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova,Tədris metodiki şöbənin müdiri Həcər Eldarova və Sosial menecment fakültəsinin dekanı Kənan Allahverdiyev çıxış edəcək.
Elmi şuranın iclasında Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, İqtisadiyyat kafedrasının müdiri Səkinə Hacıyeva, rektor müşaviri Elvin Yusifli məruzə və çıxışlara öz münasibətlərini bidirdilər. Məruzə və çıxışlar rəy və təkliflər nəzərə alınmaqla qəbul olundu.