Virtual IMC Məzunlar Konfransı
16.06.2020
Faina Gachabayova
Bölmə: Elanlar
Baxış sayı: 197
Virtual IMC Məzunlar Konfransı

“Azərbaycan-Avstriya Turizm Proqramı”-nın tələbələri, məzunları, müəllimləri və digər maraqlı tərəflərin nəzərinə!

26 iyun, Bakı vaxtı ilə saat 14:00-da IMC Krems Tətbiqi Elmlər Universiteti birinci Virtual IMC Məzunlar Konfransı keçirəcəkdir.
Virtual tədbir 5 aparıcı məruzəçinin təqdimatları, şəxsi təcrübələr, tədqiqat işində peşəkar şəbəkənin yaradılması, karyera imkanları və "Böhran yeniliklərin sürücüsü kimi" mövzuları əhatə edəcəkdir.

Aşağıdakı keçid vasitəsilə konfransa dair ətraflı məlumat əldə edə bilərsiniz: shorturl.at/efLNP

Qeydiyyat: https://register.fh-krems.ac.at/alumni-conference