Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tələbə-gənclər arasında narkomaniyaya qarşı maarifləndirmə işinin təşkili, antinarkotik dünyagörüşünün formalaşdırılması və sağlam həyat tərzinin təbliği məqsədi ilə "Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar olub.
“Mən öz gələcəyimi seçirəm” adlı tədbirin maarifləndirmə məqsədilə keçirildiyini xüsusi vurğulayan Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri M.Əliyev çıxışı zaman narkomaniya və onun fəsadları, tütünə qarşı mübarizənin vacibliyi, sağlam həyat tərzinin formalaşmasında informasiya qıtlığının aradan qaldırılması yolları və s. məsələlərə aydınlıq gətirib.
ATMU-nun Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarova və Universitet tələbələrinin qatıldığı seminarda Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev iştirakçılara buklet və informasiya materialları təqdim edib.