Əlavə təhsil üzrə sənəd qəbulu
22.07.2022
Elm və innovasiya şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 208
Əlavə təhsil üzrə sənəd qəbulu

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Azərbaycan Turizm və Menecment Universiteti

2022/2023-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil almaq üçün qəbul elan edir:

· Turizm işinin təşkili

· Turizm bələdçiliyi

· Menecment

· Marketinq

· Maliyyə

· Qida mühəndisliyi

· Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)

· Sosial iş

· Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

· Beynəlxalq münasibətlər

· Dövlət və bələdiyyə idarəetməsi

Əlavə ixtisas təhsili almaq üçün əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər ATMU-nun müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə bilər.

Əlavə ixtisas almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

· təhsil müəssisəsi rəhbərinin adına ərizə;

· ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti və qiymət kitabçasından çıxarış;

· əmək kitabçasından çıxarış;

· şəxsiyyət vəsiqəsinin surəti;

· 3x4 ölçüdə 4 ədəd fotoşəkil.

Sənədlər 25 iyul -25 avqust tarixlərdə, həftənin I-V günləri saat 10:00-16:00 arası ATMU-nun əsas tədris binasında qəbul edilir.

Əlavə ali təhsil almaq üçün ATMU-ya sənədlərini təqdim etmiş şəxslərlə ATMU-da yaradılan Komissiya müsahibə aparır. Müsahibədən uğurla keçənlər seçdikləri əlavə təhsil ixtisası üzrə əlavə bakalavr təhsili alan tələbələr sırasına qəbul edilirlər. Əlavə bakalavr təhsili almaq şansı əldə etmiş və tələbələr sırasına qəbul edilmiş şəxslər əvvəlki ali təhsil ixtisaslarının uyğunluğundan asılı olaraq müvafiq təhsilə qəbul olunur və onlar üçün təhsil müddəti müəyyənləşdirilir.

Təhsil azərbaycan və rus dilindədir.

Xaricdə təhsil almış şəxslər ikinci ali təhsil almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq prosedura (nostrifikasiya) keçməklə şəhadətnamə aldıqdan sonra sənədlərini təqdim edə bilərlər.

Təhsil ödənişlidir. Təhsil haqqı ixtisaslara uyğun olaraq müəyyənləşdirilir.

Azərbaycan Turizm və Menecment Universiteti K.Rəhimov küç. 822/23-cü məhəllə Tel: (+99412) 012 5644233(daxili: 125)

AZ 1072, Bakı ş. (+99412) 012 5645411 Email: info@atmu.edu.az