SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
23.08.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 200
ATMU tələbələri xaricdə istehsalat təcrübəsi keçirlər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan III kurs tələbələrindən 103 nəfəri cari tədris ilinin istehsalat təcrübəsini Türkiyənin Antalya, İzmir və Bodrum şəhərlərindəki nüfuzlu otel və turizm müəssisələrində keçirlər.

Belə ki, ATMU tələbələri “Patika İnsan Kaynakları Danışmanlık A.Ş” şirkətinin dəstəyi ilə Maxx Royal Belek Golf Resort Hotel, Voyage Belek Golf And Spa Hotel, Ela Excellence Resort Belek Hotel, Pirate's Beach Club Hotel, Gypsophila Club Marine Hotel, Kaya Belek Hotel, Kaya Palazzo Hotel, Boyalik Beach Hotel&Spa, Voyage Torba Private Hotelində və “TT Hotels Turkey Otel Hizmetleri Turizm Ve Ticaret A.Ş.” şirkətinin nəzdindəki TT Hotels Hydros, TT Hotels Masmavi, TT Hotels Belek İmperial və TT Hotels Sarigerma Hoteldə və Summer tour şirkətininin bölgələrdəki ayrı-ayrı qrumlarında da peşəkar vərdişlərə yiyələnirlər.

ATMU-nun Karyera və kommunikasiya şöbəsinin baş mütəxəssisi Elnurə Əliyeva Antalya şəhərində təcrübə keçən tələbələrin iş və yaşayış şəraiti ilə tanış olub. Tələbələrin mövcud problemlərini yerində həll edib və eyni zamanda səfər çərçivəsində müəssisə rəhbərləri də işgüzar görüşlər keçirib. Adıkeçən şöbənin əməkdaşları istehsalat təcrübəsi prosesində keyfiyyət problemini daim diqqət mərkəzində saxlamaqla bərabər, yeni və səmərəli metodların işlənib hazırlanmasında da maraqlıdır.

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ali təhsil müəsssəsi olaraq tələbə kontingenti ilə yanaşı, öz məzunlarına da xüsusi qayğı göstərir. Cari tədris ilində Universitet məzunlarından 10 nəfər ixtisaslarına uyğun işlə təmin olunub.