SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
14.09.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 465
Yeni tədris ilinin başlanğıcı ilə əlaqədar tələbə rəyləri və təhsildə yenilikləri nəzərə alaraq kafedralarda məlumatlandırma tədbirləri təşkil olunub

Yeni tədris ilinin başlanması münasibətilə ATMU-nun Keyfiyyət təminatı və Təhsildə qiymətləndirmə şöbələrinin əməkdaşları tərəfindən işgüzar görüş təşkil olunub. Universitet müəllimlərinin iştirakını nəzərdə tutan tədbirdə tədris prosesinin daha səmərəli formada təşkili, yeni qiymətləndirmə və silabus formalarının yazılış qaydaları haqqında təqdimatlar yer alıb.

Gündəmdəki mövzularla bağlı tədbir geniş fikir mübadiləsi çərçivəsində başa çatıb.