SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
21.09.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 59
ATMU əməkdaşları Yunus Emre Mərkəzində olublar

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Orxan Musa və mütəxəssisi İranə Məmmədcanova Türkiyə Respublikasının ölkəmizdə fəaliyyət göstərən Yunus Emre Mərkəzində olublar. Universitet əməkdaşları ilə görüşdən məmnunluğunu bildirən mərkəzin rəhbəri Selçuk Karakılıç söhbət əsnasında ATMU və Türkiyə Respublikasında fəaliyyət göstərən müxtəlif təhsil müəssisələri ilə davamlı əməkdaşlıq imkanlarının genişlənəcəyinə əminliyini bildirib. Fikir mübadiləsi şəraitində keçən görüşdə ATMU tələbələrinin fərqli ixtisaslar üzrə beynəlxalq təhsil layihələrində yaxından iştirakı və turizm iaşə obyektlərində istehsalat təcrübəsinə cəlb olunmaları müzakirə predmeti kimi diqqətdə saxlanılıb.