AKADEMİK HEYƏTİN İŞƏ QƏBUL MÜSABİQƏSİ
05.08.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 239
AKADEMİK HEYƏTİN İŞƏ QƏBUL MÜSABİQƏSİ

Azərbaycan Turizm və Menecment Universiteti 2020/2021-ci tədris ili üçün Turizm və Qonaqpərvərlik fakültəsinin müvafiq ixtisasları üzrə müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə akademik heyətin işə qəbul müsabiqəsini elan edir.  

Müsabiqə üç mərhələdən ibarət olacaqdır: 

  • Sənədlərin qəbulu; 
  • Müsahibə; 
  • Sınaq dərslərin keçirilməsi. 

Namizədlərə aid tələblər:  

  1. Fənn blokuna uyğun elmi dərəcəsi (magistr, fəlsəfə və elmlər doktoru); 
  2. Müasir tədris standartlarına uyğun silabus və fənn materiallarını hazırlama bacarıqları; 
  3. Tələbə-yönümlü tədris metodikası; 
  4. Kompyuter biliyi: Ofis proqramlarında (xüsusilə, Microsoft Word, Excel və Power Point) sərbəst işləmək bacarığı. 

Tələb olunan sənədlər: 

  • Doldurulmuş müraciət və silabus formaları; 
  • Şəxsiyyət vəsiqəsinin elektron surəti; 
  • Diplom(lar) və ona əlavə(lər)in elektron surətləri (xaricdə təhsil alanlar isə diplomla yanaşı həmin sənədin tanınmasına dair şəhadətnamənin elektron surətini təqdim etməlidirlər) 

Namizədlər müvafiq formaları aşağıdakı keçidlərdən əldə edə bilərlər:

Fənn blokları- https://bit.ly/2EyRshE

Müraciət forması- https://bit.ly/3fcqI3c

Silabus forması- https://bit.ly/2Pb790C

Namizədlərdən tələb olunan sənədləri career@atmu.edu.az elektron ünvanına göndərmələri xahiş olunur. Müraciətlərin göndərilməsi üçün son tarix 20 avqust 2020-ci ildir. 

Namizədlərin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 115) telefon nömrəsi və ya career@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər. 

Qeyd:  Namizədin göstəriciləri vəzifə  tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə sənədlərə baxılmayacaq.