Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə peşəkar təlimçi, Afandi Business Academy şirkətinin təsisçisi İlham Əfəndiyev neyro linqvistik proqramlaşdırma, qeyri-verbal ünsiyyət qaydaları, empatiya, bədən dili, rahat ünsiyyət qurmaq, satış, inandırmaq bacarıqına yiyələnmək və s. mövzulara aydınlıq gətirib.
Qeyd edək ki, Marketinq və Satış üzrə 25 illik təcrübəsi olan təlimçi İ.Əfəndiyev müxtəlif vaxtlarda Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya, tikinti və istehsalat şirkətlərində rəhbər vəzifələrdə çalışıb. Coca-Cola, Toyota, Veysəloğlu səviyyəsində tanınan digər onlarla şirkətdə “Marketinq”, “Satış” mövzularına dair tədbirlərin təlimçisi olub.
“NLP-yumşaq gipnoz” mövzusuna həsr edilən təlimin sonunda universitet tələbələrindən bir qrupuna Afandi Business Academy şirkətinin sertifikatı, 1nəfərə xüsusi hədiyyə təqdim olunub.
Sual-cavab, oyunlar və qrup işləri çərçivəsində təşkil olunan təlimdə ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, adıkeçən şöbənin mütəxəssisi Lalə Qafarova və Tələbə Gənclər Təşkilatının sədri Samir Abdullayev iştirak edib.