31.10.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 400
ATMU əməkdaşları “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində növbəti təlimdə iştirak ediblər

Azərbaycanda Rektorlar Konfransının Yaradılması- ECAR adlı Erasmus+ KA2 layihəsi çərçivəsində 24-25 Oktyabr tarixlərində ali təhsilin beynəlmiləlləşməsinə dair Avropa İdarəetmə İnkişafı Fondu (EFMD Global) təşkilatının iştirakı ilə təlimlər təşkil olunub.

Layihənin yerli tərəfdaşlarının iştirak etdiyi təlimin birinci günündə EFMD Global təşkilatının fəaliyyəti və xidmətləri ilə bağlı, həmçinin ali təhsil müəssisələrinin keyfiyyət göstəricilərinin artırılması, beynəlmiləlləşmə və qloballaşma, korporativ məsuliyyət, beynəlxalq əməkdaşlıq mövzularını əhatə edən məlumatlar paylaşılılıb. Təşkil edilən ilk təlimin məqsədi Azərbaycanda Rektorlar Konfransının gələcək fəaliyyətinin və xidmətlərinin panoramasını yaratmaq olub.

Təlimin ikinci günündə isə Azərbaycan Rektorlar Konfransı jurnalının hazırlanması və dərci ilə əlaqədar məsələlər müzakirə olunub. Bu məqsədlə Azərbaycan Rektorlar Konfransının jurnalı üçün ilham olaraq EFMD Global Focus-un əsas xüsusiyyətləri təqdim edilib. Diqqətə çatdırılıb ki, Global Focus beynəlxalq idarəetmənin inkişafı icması və aparıcı ekspertlərin fikirləri ilə bağlı dərin yenilikləri olan EFMD biznes jurnalıdır.

ATMU-nun Karyera və Kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Orxan Musa təlimdə ATMU-nu təmsil etdilər. Onlar təlimlərin gedişində Universitetin müvafiq sahədəki fəaliyyəti barədə məlumat verib, təklif və fikirlərini bildirdilər.