02.11.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 421
Qarabağın tarixi və mədəniyyət abidələri haqqında yeni kitab nəşr olundu

Bugünlərdə “Tətbiqi Tədqiqatlar Fondu” və Azərbaycan Turizm və Menecment Universitetinin “İctimai fənlər” kafedrasının əməkdaşları tərəfindən aparılan elmi araşdırmalara yekun vurulub. Bununlada“Qarabağın ermənilər yaşamış olduğu ərazilərində Azərbaycanın dağıntılara və saxtalaşdırılmalara məruz qalmış abidələri” kitabı Azərbaycanın tarixi-memarlıq və mədəniyyət abidələrinin hazırki vəziyyətinin araşdırılması, eyni zamanda kataloqunun hazırlanması” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi sayəsində işıq üzü görüb. Kitabın ana xəttini Qarabağda məskunlaşan ermənilərin törətdikləri rəsmi vandalizmin detallı araşdırılması faktları təşkil edir. Mübaliğəsiz deyə bilərik ki, ermənilər məskunlaşdıqları Qarabağ ərazisindəki tarixi-memarlıq və mədəniyyət abidələrini, o cümlədən məscid və kilsələri dağıltmaqla kifayətlənməyiblər. Aydınlaşdırılıb ki,bir sıra memarlıq abidələrinin əsil sahibi olduqlarını təsdiqləməkdən ötrü saxta üsullardan istifadə ediblər.

“Tətbiqi Tədqiqatlar Fondu” və Azərbaycan Turizm və Menecment Universitetinin “İctimai fənlər” kafedrasının əməkdaşlarının gərgin araşdırmaları sayəsində çapdan çıxan “Qarabağın ermənilər yaşamış olduğu ərazilərində Azərbaycanın dağıntılara və saxtalaşdırılmalara məruz qalmış abidələri” adlı kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Adıkeçən vəsait Qarabağın müəyyən ərazisindəki abidələri bizlərə tanıtmaqla bərabər, yurd yerlərimizin gerçək tarixinin, mədəniyyət abidələrinin öyrənilməsi və təbliği baxımından da faydalıdır.