
Hörmətli ATMU tələbələri,
Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin EGE Universiteti arasında olan mübadilə proqramını və müraciət üçün tələb olunanları nəzərinizə çatdırırıq.
Mübadilədə iştirak üçün tələblər:
-Turizm işinin təşkili ixtisası üzrə II kurs bakalavr tələbəsi; - 3 tələbə
-Turizm işi ixtisası üzrə I kurs magistratura tələbəsi; - 2 tələbə
-Türk dili biliklərinə sahib olması.
Maliyyə şərtləri:
-Nəqliyyat, yerləşmə və qidalanma xərcləri tələbələrin özü tərəfindən ödənilməlidir.
-Mübadilə proqramı təqaüdsüzdür.
Məlumatlandırma:
-Proqramda iştirak edəcək tələbələrin dərsləri əvəzlənəcəkdir (tədris proqramlarının mümkünlüyü nəzərə alınaraq)
-Seçiləcək tələbələr ATMU daxili müsahibə yoluyla keçiriləcəkdir.
Qeyd: Mübadilə proqramında iştirak edəcək tələbələrə Rəsmi Sənəd təqdim olunacaqdır.
Tələb olunan sənədlər:
-Pasport
-Transkript
-CV
Son müraciət tarixi: 6 dekabr 2022-ci il.
Ətraflı məlumat əldə etmək üçün: ATMU Beynəlxalq Əlaqələr şöbəsi – 201-ci otaq / international@atmu.edu.az