Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya
08.08.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 186
Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya

Azərbaycan Turizm və Menecment Universiteti Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

· universitetin həyata keçirdiyi beynəlxalq təhsil proqramları çərçivəsində tərəfdaşlarla mütəmadi kommunikasiyanın həyata keçirilməsi;

· ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılması;

· müxtəlif formatlarda beynəlxalq tərəfdaşlıqların təşkili işinə töhfə verilməsi.

Namizədə qoyulan tələblər:

-Ali təhsil;

- Minimum 3 il iş təcrübəsi;

- İşgüzar ünsiyyət səviyyəsində Azərbaycan, ingilis və rus dilləri biliyi;

- Microsoft Office proqramlarında işləmək bacarığı;

- Xarici tərəfdaşlarla danışıqların aparılması;

- Sənədləşmə işinin aparılması bacarığı;

- Komandada işləmək bacarığı;

- Stressə davamlılıq;

- İşləri planlaşdırma bacarığı;

- Beynəlxalq iş mühitində ünsiyyət səriştələri;

- Təhsil sahəsində olan qanunvericiliyi bazasından xəbərdar olmaq.

İş yeri: Bakı şəhəri

Müraciət qaydaları:

Maraqlanan namizədlər mövzu hissəsində vəzifənin adını - “Beynəlxalq əlaqələr şöbəsi mütəxəssis” yazaraq hr@atmu.edu.az elektron poçt ünvanına CV göndərməklə müraciət edə bilərlər. Namizədlərin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 115) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Son müraciət tarixi: 31.08.2020