15.12.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 400
ATMU nümayəndələri Belçikanın Brüssel şəhərində işgüzar səfərdədirlər

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində növbəti səfər Belçikada yerləşən EFMD Global qurumuna təşkil olunub. Səfərdə Azərbaycan Turizm və Menecment Univesitetinin rektoru İlham Mədətov və rektor köməkçisi Samir Məhərrəmov iştirak edir.

12-17 dekbar tarixlərini əhatə edən tədbirin məqsədi ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsidir. Səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, layihə konsorsiumunun üzvü olan Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti - rektorlar, prorektorlar və digər məsul şəxslər, o cümlədən xarici tərəfdaşlar qismində İsveçin Kral Texnologiya Universitinin, İspaniyanın Alicante Universiteti, İspan Rektorlar konfransının, Avropa Beynəlxalq Təhsil Assosiasiyasının, Avropa İttifaqının Tədqiqatlar və İnnovasiyalar üzrə Baş Müdirliyinin, Alman Akademik Mübadilə Xidməti / DAAD-nin nümayəndələri iştirak edirlər. Səfər müddətində EFMD Global və digər Avropa partnyorları tərəfindən keyfiyyət təminatı və beynəlmiləlləşmə, tədqiqatların və tədrisin beynəlmiləlləşməsi, beynəlmiləlləşmə strategiyalarının inkişaf etdirilməsi, beynəlxalq layihələr, Alman Akademik Mübadilə Xidməti kimi olduqca mühüm mövzularda seminarlar və təqdimatlar keçirilməkdədir.

Həmçinin səfər müddətində nümayəndə heyətinin Avropa Komissiyasının Avropa Mədəniyyət, Təhsil və Audiovizual Agentliyi ilə Erasmus plus layihələri üzrə işgüzar görüşü baş tutub.