SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
22.12.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 137
ATMU tələbələri “Daha yaxşı mən” təlimində

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Daha yaxşı mən" adlı təlim olub. Edulance Təhsil Mərkəzinin təsisçi direktoru, təhsil psixoloqu və peşəkar təlimçi Hüseyn Həsənov tədbir çərçivəsində “Xaricdə təhsil imkanları”, “Ölkəiçi və xaricdə karyeraqurmanın başlıca faktorları”, “Xarici dil bilmənin gələcək iş fəaliyyətinə təsiri”, “Hobbilərə yiyələnmə”,“Kompyuter biliklərinin üstünlükləri”, “Gələcəyə fokuslanmanın təkmilləşdirilməsi”, “Peşəkar inkişafa dəstək”və s. mövzulara aydınlıq gətirib. Təlimin sonunda Edulance Təhsil Mərkəzi tərəfindən ATMU tələbələrinə General English dərslərinə endirimlər, ödənişsiz dil dərsləri və dil biliyi səviyyəsinin yoxlanılması və s. xidmətlər.hədiyyə edilib.

“Daha yaxşı mən”təlimi Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə təşkil olunub.