2020/2021-ci tədris ilində ATMU-nun bakalavriatura pilləsi ilə bağlı görüş
18.08.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 710
2020/2021-ci tədris ilində ATMU-nun bakalavriatura pilləsi ilə bağlı görüş

Abituriyentlərin nəzərinə,

2020/2021-ci tədris ilində ATMU-nun bakalavriatura pilləsinə qəbul ilə əlaqədar 21 avqust 2020-ci il tarixində onlayn görüş baş tutacaq. Görüşdə universitetin məsul əməkdaşları mövcud ixtisaslar, ixtisasların hansı qrupa daxil olması, keçid balları və digər mövzular haqqında ətraflı məlumat verəcək, sizi maraqlandıran sualları cavablandıracaqlar.

Suallarınızı contact@atmu.edu.az elektron ünvanına əvvəlcədən göndərməyiniz xahiş olunur.

Görüşdə iştirak etmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz.

https://zoom.us/j/95390028462