SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
22.02.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 106
ATMU-nun dosenti beynəlxalq konfransda

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dosenti sosiologiya üzrə fəlsəfə doktoru Aynur Bağırlı 16-19 fevral 2023-cü il tarixində Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən “VII Avrasiya sosial elmlər” adlı beynəlxalq konfransın iştirakçısı olub. Universitet əməkdaşının “Sosial təhlükəsizliyin təmin edilməsində Azərbaycan modelinin özəllikləri” adlı məqalə-çıxışı tədbir iştirakçıları tərəfindən razılıqla qarşılanıb. “VII Avrasiya sosial elmlər” adlı beynəlxalq konfransda Aynur Bağırlıya sertifikat təqdim olunub.