14.02.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 366
Elmi Şuranın iclası olub

Fevralın 14-də ATMU-da Elmi Şuranın iclası olub.Tədbiri giriş sözü ilə açan rektor İlham Mədətov gündəlikdəki məruzələrin önəmli olduğunu bildirib.Bu baxımdan iclasın gündəliyinə “Qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr”, “Elmi-pedaqoji kadrların hazırlanması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr və professor-müəllim heyətinin ixtisas tələblərinə uyğun modernləşdirilməsi haqqında metodiki təkliflər” mövzusunda məruzələrin daxil edildiyini diqqətə çatdırıb. Cari məsələlərə isə “İctimai fənlər” kafedrasının hesabatı,Qiyabi şöbə üzrə Turizm bələdçisi, Qida mühəndisliyi, Muzey, arxiv işi və abidələrin qorunması, Sosial iş üzrə bakalavr ixtisaslarının, MBA üzrə Bank və sığortanın idarə edilməsi, Sosial işin texnologiyası, Ərzaq məhsullarının keyfiyyətinin idarə edilməsi ixtisaslarının tədris planlarının təsdiqi ilə bərabər,İmtahan sessiyalarında köçürməyə və digər qayda pozuntularına yol verən tələbələrlə bağlı cəza tədbirlərinin görülməsi,ATMU-da “Psixoloji Xidmətin təşkilinə dair Əsasnamə”nin təsdiqi, ATMU-nun “ Beynəlxalq münasibətlər” kafedrasının “Beynəlxalq münasibətlər” ixtisası üzrə doktorantı Rzayeva Mələk Nazim qızının ”Türk dövlətlərarası əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının rolu” mövzusunda dissertasiya işinin və elmi rəhbərinin(Elmi rəhbər:s.e.dok.dos. Kənan Hüseyn oğlu Allahverdiyev) təsdiq üçün Əlaqələndirmə Şurasına tövsiyə edilməsi, ATMU-nun “İqtisadiyyat” kafedrasının “Ümumi iqtisadiyyat” ixtisası üzrə doktorantı Əlizadə Mirxəlil Pərviz oğlunun ”Azərbaycan Respublikasının regional inkişafında turizm resurslarından səmərəli istifadə” mövzusunda dissertasiya işinin və elmi rəhbərinin(Elmi rəhbər: i.ü.e.d., professor Rəna Polad qızı Sultanova) təsdiq üçün Əlaqələndirmə Şurasına tövsiyə edilməsi,ATMU-nun “İqtisadiyyat” kafedrasının “İqtisadi fəaliyyət növləri” ixtisası üzrə doktorantı İsgəndərov Arif Asif oğlunun ”Kiçik və orta sahibkarlığın inkişafında rəqəmsal marketinqdən istifadənin təkmilləşdirilməsi yolları” mövzusunda dissertasiya işinin və elmi rəhbərinin (Elmi rəhbər i.ü.f.dok.dos.Quliyev Oktay Qulu oğlu) təsdiqi üçün Əlaqələndirmə Şurasına tövsiyyə ediməsi, ATMU-nun “Beynəlxalq münasibətlər” kafedrasının “Sosial problemlər” ixtisası üzrə doktorantı Mahmudov Həbib Rauf oğlunun ” Sosial marketinq Azərbaycanda sosial problemlərin həlli mexanizmi kimi” mövzusunda dissertasiya işinin və elmi rəhbərinin(Elmi rəhbər: f.ü.e.d.prof. Zaur Siyavuş oğlu Bağırov) təsdiqi üçün Əlaqələndirmə Şurasına tövsiyə edilməsi haqqında məsələriin daxil edildiyini deyib.

Elmi Şuranın iclasında ATMU-nun struktur rəhbərləri-Fərid Cabbarlı, Nəsirulla Nəsirli, Həcər Eldarova və fakültə dekanlarının məruzə və çıxışlarına dair rəy və təkliflər səs çoxluğu ilə qəbul edilib.