ATMU-da Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “MüsahibədəSiz-Karyerada ilk addım”mövzusunda təlim olub. “Azərbaycan Dəmir Yolları” QSC-nin Karyeranın idarə edilməsi şöbəsinin rəis müavini, Azərbaycan İnsan Resursları Assosiasiyasının idarə heyətinin üzvü İlkin Məcidov tərəfindən keçirilən təlimdə CV necə yazılır, işə qəbulun meyarları, karyera yüksəlişində məqsəd aydınlığı, müsahibə zamanı davranış qaydaları, özünü təqdimetmə bacarığı və s. mövzulara aydınlıq gətirillib. Uğurlu karyera təcrübəsini tələbələrlə bölüşən İ.Məcidov,eyni zamanda tələbələrin çoxsaylı suallarını cavablandırıb.