“Qadınların təhsil hüquqlarının təşviqi" proqramı
27.08.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 218
“Qadınların təhsil hüquqlarının təşviqi" proqramı

ATMU tələbələri, heyət üzvləri və şəbəkənin digər üzvlərinin nəzərinə,

Sizə ABŞ Dövlət Departamentinin sponsorluğu ilə Vətəndaş Diplomatiyası Fəaliyyəti Fondu tərəfindən maliyyələşdirilən və Təhsil və Mədəniyyət İşləri Bürosu ilə ortaq olaraq Amerika Tərəfdaşları tərəfindən həyata keçirilən altı aylıq “Qadınların təhsil hüquqlarının təşviqi, POWER (Promotion Of Women's Educational Rights)” proqramını təqdim edirik.

Qeyd olunmuş layihə ABŞ-da işləmək və ya təhsil almaq üçün akademik və peşə rəhbərliyinə ehtiyac olan xanımlar üçün onlayn pulsuz imkan yaradır və virtual təhsil mənbələri təqdim edir. Məqsədimiz azərbaycanlı qadınlar üçün onlayn canlı seminarlar və ABŞ-dakı proqramlara, universitetlərə, təqaüdlərə və ya iş yerlərinə müraciətlərinə köməklik göstərməklə fərdi mentorluğu təklif etməkdən ibarətdir.

Bu təşəbbüsü əlaqələriniz arasında təbliğ etməyə çəkinməyin. Sual, rəy və ya təklifləriniz yarandığı halda powerproject.az@gmail.com e-poçt ünvanına müraciət edə bilərsiniz.

29 avqust 2020-ci il tarixində keçiriləcək xaricdə təhsil mövzusuna həsr olunmuş məlumat sessiyasını qaçırmayın.

Ətraflı məlumat üçün növbəti keçidə müraciət edə bilərsiniz: https://rb.gy/vteg67

Layihənin rəsmi veb-saytı: https://www.powerprojectaz.com/

Instagram səhifəsi: https://www.instagram.com/powerproject.az/