Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və Kommunikasiya şöbəsi və “Caspian Events Organisers” şirkətinin birgə təşkilatçılığı ilə “Turizm sahəsinin mütəxəssisi ol”adlı tədbir keçirilib. Bakının ev sahibliyi etdiyi 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisinin son günündəki adıkeçən tədbirə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri qatılıblar.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının idarə heyətinin sədrinin müşaviri Müzəffər Ağakərimov, ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, “PMD Hospitality” şirkətinin Əməliyyatlar üzrə baş direktoru Georges Ubbelohde, “Hilton Baku” hotelinin Təlim üzrə nəzarətçisi Aynur Ağayevanın çıxışlarında “Turizm sahəsinin mütəxəssisi vəzifəsini şərtləndirən başlıca səriştələr”, “Bu sahədə dünyada,o cümlədən ölkəmizdə mövcud vəziyyət”, “ATMU-da təhsil imkanları” və gündəmin aktual sayılan digər məsələlərindən detallı bəhs olunub.
ATMU-nun Karyera və Kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədovanın moderatorluğu ilə keçirilən tədbirin sual-cavab sessiyasında iştirakçıların çoxsaylı sualları mütəxəssis- çıxışçılar tərəfindən ətraflı cavablandırılıb.
Tədbirin sonunda “AİTF 2023”ün layihə rəhbəri tərəfindən Orxan Musa, Georges Ubbelohde,Səidə Məmmədova və Aynur Ağayeva sertifikatla təltif olunub.