Azərbaycan Turizm və Menecment Universietetində (ATMU) "Destinasiya menecmenti təşkilatları və turizm informasiya mərkəzləri "nin fəaliyyəti ilə bağlı müzakirə-dərs saatı təşkil olunub. İçərişəhərdəki və Şəkidəki turizm idarələrinin fəaliyyətinə dair müzakirə-dərs saatı “İçərişəhər” DTMQİ-nin Elmi-mədəni mərkəzində Direktor müavini Səbinə Yadullayeva və ATMU-nun “Menecment” kafedrasının dosenti Arzu Hüseyn tərəfindən aparılıb.
"Universitet-sənaye əməkdaşlığı" çərçivəsində keçirilən tədbir Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU)"Turizm işinin təşkili" ixtisasında təhsil alan 3-cü kurs tələbələri üçün nəzərdə tutulub.