SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
19.04.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 292
İsrail nümayəndələri ATMU-nun qonağı olub

İsrail dövlətinin Turizm nazirinin müşaviri Yulia Rachinsky - Spivakov və adıçəkilən ölkədə fəaliyyət göstərən “İSR” hotellər şəbəkəsinin nümayəndəsi Ester Kricheli Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) qonaq olublar. Rektor İlham Mədətov israilli qonaqları ATMU-da salamlamaqdan məmnun olduğunu bildirib və söhbət əsnasında universitetdə tədris prosesinin təşkili və beynəlxalq əlaqələrin inkişafı dinamikasına aydınlıq gətirib. ATMU və İsrailin nüfuzlu turizm müəssisələri ilə əlaqələrin səmərəli olduğunu deyən rektor bu istiqamətdə əməkdaşlığın möhkəmləndirilməsini şərtləndirən məsələlərlə bağlı fikir mübadiləsi aparıb. Bildirilib ki, 2010 cu ildən etibarən ATMU- nun turizm ixtisası üzrə təhsil alan tələbələri peşəkar vərdişlərə yiyələnməkdən ötrü İsrail dövlətində istehsalat təcrübəsi keçirlər.

Qeyd edək ki, görüş zamanı mümkün əməkdaşlıq imkanlarının qarşıdakı illərdə də genişləndirilməsi məsələsi diqqətdə saxlanılıb.