25.04.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 382
Tələbələr “Herba Flora” MMC-də qida məhsullarının istehsal texnologiyası ilə tanış olublar

Azərbaycan Turizm və Menecment Universitetinin Sosial menecment fakültəsinin qida mühəndisliyi ixtisasının II kurs tələbələri təkrarən “Herba Flora” MMC-də olublar. Qida sənayesi müəssisələrində texnoloji layihələndirmə fənninin müəllimi, dos. Çingiz Əliyev  tərəfindən təşkil olunan təcrübə dərsində qida sənayesi müəssisələrinin layihələndirilməsinin təşkili, layihə-smeta sənədlərinin tərtibi, texnoloji hesabatların yerinə yetirilməsi metodikası, yeni müəssisələrin layihələndirilməsi və fəaliyyətdə olan müəssisələrin yenidən qurulması məsələləri diqqətdə saxlanılıb. Şirkətin biokimya laboratoriyasında hazır məhsulların keyfiyyət göstəricilərinin təyini prosesini yaxından izləyən tələbələr peşəyönümünün mənimsənilməsi istiqamətində faydalı biliklər əldə ediblər.